Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsinə təyinat olub.
Bakıvaxtı.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu posta Ayaz Müseyibov təyin edilib.
Qeyd edək ki, Ayaz Müseyibov bundan öncə İqtisadi İslahatlar Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.