AZ

Dövlət Xidmətinə rəis müavini təyin olunub

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsinə təyinat olub.

Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu posta Ayaz Müseyibov təyin edilib.

Dövlət Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ayaz Müseyibov bundan öncə İqtisadi İslahatlar Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
6
azpolitika.info

7Mənbələr