AZ

Elvin Cəfərquliyev Fransa klublarının TRANSFER HƏDƏFİNDƏ

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı artmaqdadır. 

Bizim.Media xəbər verir ki, futbolçu ilə ən çox maraqlanan klublar arasında Fransız təmsilçiləri “Sent Etyen” və “Lill” klublarının adları çəkilir. 
 

Ancaq millimizin üzvü ciddi təkliflərə baxmayaraq klubuna dəyişmək niyyətində deyil. O, karyerasını “Qarabağ”da davam etdirmək istəyir. Məhz bu səbəbdən də Ağdam klubu ona yeni müqavilə təklif etmək niyyətindədir. 


Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la müqaviləsi cari ilin yayında başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
62
bizim.media

1Mənbələr