AZ

"Napoli" onu birdəfəlik satdı

style='margin-bottom:10px;'>

"Napoli" ötən yay "Torino"ya icarəyə verdiyi Covanni Simeoneni birdəfəlik satıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Argentinalı hücumçu 1 milyon avroya icarə əsasında "Torino"ya keçmişdi. 30 yaşlı futbolçu bu müddət ərzində 21 oyunda (1238 dəqiqə) 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Simeonenin 1 gün əvvəl F"iorentina" ilə oyunda (2:2) iştirakından sonra onun müqaviləsindəki satın alma seçimi aktivləşdirilib.

"Torino" transfer üçün əlavə olaraq 7 milyon avro ödəyəcək. Tərəflər arasındaı anlaşma isə 2028-ci ilin yayına qədərdir.

Covanni "Napoli"də isə 103 oyun keçirmiş, 14 qol vurmuş və 4 məhsuldar ötürmə etmişdi.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr