AZ

“Napoli” hücumçusunu satdı

“Napoli” ötən yay “Torino”ya icarəyə verdiyi Covanni Simeoneni birdəfəlik satıb.

Msport.az xəbər verir ki, argentinalı hücumçu 1 milyon avroya icarə əsasında “Torino”ya keçmişdi.

30 yaşlı futbolçu bu müddət ərzində 21 oyunda (1238 dəqiqə) 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Simeonenin bir gün əvvəl “Fiorentina” ilə oyunda (2:2) iştirakından sonra onun müqaviləsindəki satın alma seçimi aktivləşdirilib.

“Torino” transfer üçün əlavə olaraq 7 milyon avro ödəyəcək. Tərəflər arasında anlaşma isə 2028-ci ilin yayına qədərdir.

Covanni “Napoli”də isə 103 oyun keçirmiş, 14 qol vurmuş və 4 məhsuldar ötürmə etmişdi.

Seçilən
8
2
msport.az

3Mənbələr