Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İranda ötən ay baş verən etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslər əfv siyahısına daxil edilməyəcək.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolamhoseyn Ejei açıqlama verib.
“Son iğtişaşlarla bağlı ittiham olunan məhkumlar əfv siyahısına salınmayacaqlar”, – Ejei bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında İranda milli valyutanın kəskin şəkildə dəyər itirməsinə etiraz olaraq paytaxt Tehranda aksiyalar keçirilib. Qısa müddət ərzində bu aksiyalar hökumət əleyhinə etirazlara çevrilərək ölkənin bir çox bölgələrinə yayılıb.
Etirazlar zamanı polis qüvvələri ilə toqquşmalar baş verib, zorakılıq halları qeydə alınıb. İran hökumətinin məlumatına görə, baş verən hadisələr nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla 3117 nəfər həyatını itirib.
Bir müddət davam edən etiraz aksiyaları sonradan dayandırılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.