İranda baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslər əfv siyahısına daxil edilməyəcək.
APA xəbər verir ki, bu barədə İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi açıqlama verib.
Ejeyi son aksiyalarda tutulanların adlarının əfv siyahısından çıxarılmasına göstəriş verdiyini bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında milli valyutanın kəskin şəkildə dəyər itirməsinə etiraz olaraq paytaxt Tehranda aksiyalar keçirilib. Bu aksiyalar qısa müddət ərzində hökumət əleyhinə etirazlara çevrilərək ölkənin bir çox bölgəsinə yayılıb.
Etirazlar zamanı polis qüvvələri ilə toqquşmalar baş verib, zorakılıq halları qeydə alınıb. İran hökumətinin məlumatına görə, baş verən hadisələr nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla, 3 117 nəfər ölüb.
Bir müddət davam edən etiraz aksiyaları sonradan dayandırılıb.