AZ

Nazir müavini kibertəhlükəsizlik və İKT sahəsindəki yeniliklərdən danışıb

Bakı.Trend:

Rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqlayanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə vəvətəndaşlara göstərilənxidmətlərin keyfiyyətininyaxşılaşdırılmasında geniş imkanlaryaradır.

Trend xəbərverir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və Nəqliyyatnazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin 6-cıməzun günü tədbirində çıxışında deyib.

Nazir müavininon fikrincə, rəqəmsallaşma ilə paralel olaraqinformasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına,məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinəsəbəb olur:

“Hazırda ölkə səviyyəsində dövlət və özəlsektordakibertəhlükəsizliyin gücləndirilməsi, millikibertəhlükəsizlikekosisteminin formalaşdırılması istiqamətindəardıcıl vəsistemli tədbirlər həyata keçirilir. Bu tədbirlərnormativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusionalpotensialıngücləndirilməsi və insan kapitalının inkişafını əhatəedir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28avqusttarixli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyədair Strategiyası” bu sahədə fəaliyyətinstrateji planlaşdırılmasınıvə mərhələli şəkildə icrasınınəzərdə tutur. Strategiya çərçivəsindəhəmçininkibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərinhazırlanmasıvə cəmiyyətimizin yüksək ixtisaslı kadrlarla təminedilməsiistiqamətində mühüm işlər davam etdirilir. Bununla yanaşı,Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixliSərəncamı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf Konsepsiyası”dövlətin, biznes subyektlərinin və vətəndaşların məlumatlarınınqorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını vəİKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əsashədəflərkimi müəyyən edilib”.

Nazir müavini bildirib ki, yüksəkixtisaslı insankapitalınınyetişdirilməsi üzrə fəaliyyət qlobal beynəlxalq İT şirkətlərininölkəmizə cəlb edilməsi ilə birgə vəhdət halındaicra edilməkdədir.Məqsəd yalnız həmin şirkətlərinAzərbaycanda fəaliyyət göstərməsideyil, eyni zamanda yerliinsan kapitalının inkişafına real vədavamlı töhfə verməkdir:

“Bu şirkətlərin ölkəmizə gəlməsi ilkin bilik və bacarıqlaramalikmütəxəssislərimizin işlə təmin olunmasına, onların real işmühitində təcrübə qazanaraq daha güclü peşəkar bilik vəbacarıqlarayiyələnməsinə geniş imkanlar yaradır. Eynizamanda, bu əməkdaşlıqlarvasitəsilə mütəxəssislərimizinxarici ölkələrdə həmin şirkətlərinicra etdiyi beynəlxalqlayihələrə cəlb olunması təmin edilir ki, buda bilik və təcrübəmübadiləsi ilə yanaşı, ölkəmizə valyutaaxınlarınındəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buistiqamətdə həyata keçirilən layihələr arasında xüsusilə“AndersenLab” və “EPAM Systems” şirkətləri ilə əməkdaşlıqları vurğulamaqistərdim.

“Andersen Lab” şirkətinin Azərbaycanda rəsmi mərkəziartıqfəaliyyət göstərir və ölkəmizdə peşəkarkadrlarınhazırlanmasına öz töhfəsini verir. Texnoparkrezidentistatusu ilə fəaliyyət göstərən bu mərkəzAzərbaycanİnnovasiya Mərkəzi çərçivəsində yaradılıb. “Andersen Lab”ilə həyata keçirilən proqramı çərçivəsində 210 nəfər təliməcəlbolunub, hazırda isə 125 nəfər təlim prosesindədir. Xüsusiləvurğulamaq istərdim ki, bu proqram çərçivəsindəseçilmişiştirakçılar yalnız təlimlə kifayətlənmir, eynizamanda “AndersenLab” şirkətində işlə təmin olunmuş, onlarla əmək müqavilələribağlanmış və real iş mühitindəpeşəkar inkişaf etməkdədirlər.Proqramı uğurla tamamlayanmütəxəssislər “Andersen Lab” şirkətindəfəaliyyətlərin davam etdirəcək və şirkətin reallaşdırdığı qloballayihələrinbirbaşa iştirakçıları olacaqlar”.

RİNN rəsmisi əlavə edib ki, burada məqsəd təlimlə məşğulluğunparalel şəkildə aparılmasının effektivmodeliniformalaşdırmaqdır.

Seçilən
47
2
az.trend.az

3Mənbələr