AZ

Nazir müavini kibertəhlükəsizlik və İKT sahəsindəki yeniliklərdən danışıb

Rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilənxidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında geniş imkanlaryaradır.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışında deyib.

Nazir müavininon fikrincə, rəqəmsallaşma ilə paralel olaraq informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına, məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə səbəb olur:

"Hazırda ölkə səviyyəsində dövlət və özəl sektordakibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlikekosisteminin formalaşdırılması istiqamətində ardıcıl vəsistemli tədbirlər həyata keçirilir. Bu tədbirlər normativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusional potensialıngücləndirilməsi və insan kapitalının inkişafını əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqusttarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası" bu sahədə fəaliyyətinstrateji planlaşdırılmasını və mərhələli şəkildə icrasınınəzərdə tutur. Strategiya çərçivəsində həmçininkibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin hazırlanmasıvə cəmiyyətimizin yüksək ixtisaslı kadrlarla təmin edilməsiistiqamətində mühüm işlər davam etdirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal İnkişaf Konsepsiyası" dövlətin, biznes subyektlərinin və vətəndaşların məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əsashədəflər kimi müəyyən edilib".

Nazir müavini bildirib ki, yüksəkixtisaslı insankapitalının yetişdirilməsi üzrə fəaliyyət qlobal beynəlxalq İT şirkətlərinin ölkəmizə cəlb edilməsi ilə birgə vəhdət halındaicra edilməkdədir. Məqsəd yalnız həmin şirkətlərinAzərbaycanda fəaliyyət göstərməsi deyil, eyni zamanda yerliinsan kapitalının inkişafına real və davamlı töhfə verməkdir:

"Bu şirkətlərin ölkəmizə gəlməsi ilkin bilik və bacarıqlaramalik mütəxəssislərimizin işlə təmin olunmasına, onların real iş mühitində təcrübə qazanaraq daha güclü peşəkar bilik vəbacarıqlara yiyələnməsinə geniş imkanlar yaradır. Eynizamanda, bu əməkdaşlıqlar vasitəsilə mütəxəssislərimizinxarici ölkələrdə həmin şirkətlərin icra etdiyi beynəlxalqlayihələrə cəlb olunması təmin edilir ki, bu da bilik və təcrübəmübadiləsi ilə yanaşı, ölkəmizə valyuta axınlarınındəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən layihələr arasında xüsusilə"Andersen Lab" və "EPAM Systems" şirkətləri ilə əməkdaşlıqları vurğulamaq istərdim.

"Andersen Lab" şirkətinin Azərbaycanda rəsmi mərkəzi artıqfəaliyyət göstərir və ölkəmizdə peşəkar kadrlarınhazırlanmasına öz töhfəsini verir. Texnopark rezidentistatusu ilə fəaliyyət göstərən bu mərkəz Azərbaycanİnnovasiya Mərkəzi çərçivəsində yaradılıb. "Andersen Lab" ilə həyata keçirilən proqramı çərçivəsində 210 nəfər təliməcəlb olunub, hazırda isə 125 nəfər təlim prosesindədir. Xüsusilə vurğulamaq istərdim ki, bu proqram çərçivəsindəseçilmiş iştirakçılar yalnız təlimlə kifayətlənmir, eynizamanda "Andersen Lab" şirkətində işlə təmin olunmuş, onlarla əmək müqavilələri bağlanmış və real iş mühitindəpeşəkar inkişaf etməkdədirlər. Proqramı uğurla tamamlayanmütəxəssislər "Andersen Lab" şirkətində fəaliyyətlərin davam etdirəcək və şirkətin reallaşdırdığı qlobal layihələrinbirbaşa iştirakçıları olacaqlar".

RİNN rəsmisi əlavə edib ki, burada məqsəd təlimlə məşğulluğun paralel şəkildə aparılmasının effektiv modeliniformalaşdırmaqdır.

Seçilən
13
2
day.az

3Mənbələr