Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.
Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sürücü S. Şükürlü və avtomobildə olan digər sərnişinlər – 1994-cü il təvəllüdlü Samir Qurbanov (Quba sakini) və 1997-ci il təvəllüdlü Namiq Əsgərov (Şamaxı sakini) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"