Ayda ilk şəhər 10 ildən az müddətdə salına bilər.
Aznews.az xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin təsisçisi İlon Mask bildirib.
Onun sözlərinə görə, Ayda özünü təmin edən şəhərin qurulması şirkətin əsas prioritetlərindən biridir.
İlon Mask “X” sosial şəbəkəsində yazıb: “SpaceX” diqqətini Ayda özünü təmin edən bir şəhər inşa etməyə yönəldib, çünki potensial olaraq bu məqsədə 10 ildən az müddətdə nail ola bilərik. Marsda isə bu, 20 ildən çox vaxt aparacaq”.