AZ

Mask: Ayda ilk şəhər 10 il ərzində salına bilər

Ayda ilk şəhər 10 ildən az müddətdə salına bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin təsisçisi İlon Mask bildirib.

Onun sözlərinə görə, Ayda özünü təmin edən şəhərin qurulması şirkətin əsas prioritetlərindən biridir.

İlon Mask “X” sosial şəbəkəsində yazıb: “SpaceX” diqqətini Ayda özünü təmin edən bir şəhər inşa etməyə yönəldib, çünki potensial olaraq bu məqsədə 10 ildən az müddətdə nail ola bilərik. Marsda isə bu, 20 ildən çox vaxt aparacaq”.

O qeyd edib ki, Marsa uçuş pəncərəsi hər 26 aydan bir açılır və səyahət müddəti təxminən altı ay davam edir. Bununla yanaşı, Mask vurğulayıb ki, Aya uçuşlar hər 10 gündə bir həyata keçirilə bilər və səfər cəmi iki gün çəkir.

Eyni zamanda, “SpaceX” rəhbəri şirkətin Marsda da şəhər tikintisi üzərində işləməyi planlaşdırdığını və bu istiqamətdə işlərə təxminən 5–7 il ərzində başlamağın nəzərdə tutulduğunu bildirib.

Seçilən
1
7
yeniazerbaycan.com

10Mənbələr