Misli Premyer Liqasında XIX tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün turun daha iki oyunu keçiriləcək.
Əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə "Kəpəz" üz-üzə gələcək. Fərid Hacıyevin idarə edəcəyi matç saat 14:30-da başlanacaq.
Günün digər qarşılaşması isə "Azərsun Arena"da "Turan Tovuz" və "Karvan-Yevlax" komandaları arasında baş tutacaq. Baş hakim Vüqar Həsənlinin idarə edəcəyi görüşün start fiti saat 18:30-da start götürəcək.
Qeyd edək ki, tura fevralın 10-da yekun veriləcək.
Misli Premyer Liqası
XIX tur
9 fevral
14:30. “İmişli” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Elçin Məsiyev, Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sulatni.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.
18:30. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı, Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azersun Arena”.