AZ

"Qarabağ" "Şamaxı"ya uduzdu

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Şamaxı"ya məğlub olub.

"Unikal" xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlar isə 76-cı dəqiqədə qol vurub.

Komandalar arasındakı cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti raundda "Sumqayıt" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.

Bu gün 1/4 final mərhələsində "Turan Tovuz" - "Kəpəz" oyunu da keçiriləcək. Matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" "Zirə" ilə qolsuz bərabərə qalıb.

Seçilən
27
3
unikal.az

10Mənbələr