AZ

İranda vəzifəli şəxslər həbs edildi

İranda üç islahatçı siyasi xadim həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Saxlanılanlar arasında islahatçı İran İslam Xalq Birliyinin baş katibi Azər Mənsuri, islahatçı siyasi fəal və keçmiş diplomat İbrahim Əsgərzadə və prezident Məhəmməd Xatəminin dövründə xarici işlər nazirinin keçmiş müavini olmuş Möhsün Əminzadə də var.

Onlara qarşı irəli sürülən ittihamlar "milli birliyə hücum", "konstitusiyaya zidd mövqe tutmaq" və "düşmən təbliğatı ilə əlaqələndirmə"dir.

Seçilən
27
45
unikal.az

10Mənbələr