İranın hazırkı liderləri getdikcə ABŞ-ın ölkəyə mümkün zərbəsinin yenidən başlayan etirazlar nəticəsində onların devrilməsinə səbəb ola biləcəyindən qorxurlar...
Poliqon xəbər verir ki, bu barədə Reuters hazırkı və keçmiş İran rəsmilərinə istinadən məlumat yazıb.
Ali Lider Əli Xameneiyə məlumat verilib ki, İran vətəndaşlarının yanvar etirazlarının qəddarcasına yatırılmasından narazılığı o qədər pik həddə çatıb ki, qorxu artıq çəkindirici amil olmaqdan çıxıb. Agentliyin mənbələrinə görə, İran hakimiyyəti ABŞ-ın hərbi zərbəsi kimi xarici təzyiqin etirazçıları cəsarətləndirəcəyi qənaətinə gəlib.
Keçmiş yüksək vəzifəli bir məmur Reuters-ə bildirib ki, İranda insanlar son dərəcə qəzəblidir və qorxu divarı yıxılıb.
2025-ci ilin dekabr ayının sonlarında İran milli valyutası olan İran rialının devalvasiyası ilə başlayan kütləvi etiraz dalğası ilə üzləşib. Buna cavab olaraq hökumət təhlükəsizlik tədbirlərini sərtləşdirib və polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və öldürücü olmayan güc tətbiq edib. İran hakimiyyəti iğtişaşlara görə xarici qüvvələri, əsasən ABŞ və İsraili günahlandırıb.
ABŞ prezidenti Donald Tramp iranlıları etirazları davam etdirməyə çağırıb və köməyin yolda olduğunu bildirib. 28-də siyasətçi ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin başçılığı ilə böyük bir qüvvə göndərdiyini açıqlayıb. O, İran hökumətinin müqaviləni imzalamaqdan imtina edəcəyi təqdirdə Tehranı güc tətbiqi ehtimalı ilə bağlı xəbərdar edib.
Poliqon.info