AZ

Şəmkirdə avtomobil qəzası ölümlə nəticələndi

Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
6
olke.az

8Mənbələr