AZ

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sürücü S. Şükürlü və avtomobildə olan digər sərnişinlər – 1994-cü il təvəllüdlü Samir Qurbanov (Quba sakini) və 1997-ci il təvəllüdlü Namiq Əsgərov (Şamaxı sakini) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
18
6
bizim.media

7Mənbələr