AZ

Rusiyalı iş adamları ən çox hansı ölkələrə işgüzar səfərlər edirlər – Siyahı


Çin 2025-ci ildə də rusiyalı iş adamları üçün ən çox seçilən xarici ölkə statusunu qoruyub.
Yeniavaz.com
“İnterfax” agentliyinə istinadən xəbər verir ki, Çin bütün işgüzar səyahət uçuşlarının 18%-ini təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 2 faiz bəndi artaraq (2024-cü ildə 16%) sabit yüksəliş nümayiş etdirib.
Populyarlıq baxımından ikinci yerdə Qazaxıstan qərarlaşıb. Lakin bu ölkəyə olan işgüzar səfərlərin həcmi illik müqayisədə 16% azalıb. Türkiyə isə üçüncü mövqeyini qoruyub saxlasa da, bu istiqamətə tələbat 21% geriləyib. Nəticədə Türkiyənin ümumi payı 6%-ə düşüb ki, bu da 2024-cü ildəki 7%-izlə müqayisədə azalma deməkdir.
Ən populyar 10 xarici işgüzar istiqamət siyahısına Özbəkistan (+20%, 5% pay), Belarus (-1%, 5% pay), Birləşmiş Ərəb Əmirlikləri (-31%, 3% pay), Ermənistan (-21%, 2% pay), Serbiya (-59%, 2% pay), Gürcüstan (+3%, 2% pay) və Hindistan (-14%, 1% pay) da daxil olub.
Seçilən
47
1
yeniavaz.com

2Mənbələr