AZ

Rusiyalı iş adamları ən çox hansı ölkələrə işgüzar səfərlər edirlər Siyahı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Çin 2025-ci ildə də rusiyalı iş adamları üçün ən çox seçilən xarici ölkə statusunu qoruyub.

Yeniavaz.com “İnterfax” agentliyinə istinadən xəbər verir ki, Çin bütün işgüzar səyahət uçuşlarının 18%-ini təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 2 faiz bəndi artaraq (2024-cü ildə 16%) sabit yüksəliş nümayiş etdirib.

Populyarlıq baxımından ikinci yerdə Qazaxıstan qərarlaşıb. Lakin bu ölkəyə olan işgüzar səfərlərin həcmi illik müqayisədə 16% azalıb. Türkiyə isə üçüncü mövqeyini qoruyub saxlasa da, bu istiqamətə tələbat 21% geriləyib. Nəticədə Türkiyənin ümumi payı 6%-ə düşüb ki, bu da 2024-cü ildəki 7%-izlə müqayisədə azalma deməkdir.

Ən populyar 10 xarici işgüzar istiqamət siyahısına Özbəkistan (+20%, 5% pay), Belarus (-1%, 5% pay), Birləşmiş Ərəb Əmirlikləri (-31%, 3% pay), Ermənistan (-21%, 2% pay), Serbiya (-59%, 2% pay), Gürcüstan (+3%, 2% pay) və Hindistan (-14%, 1% pay) da daxil olub.

Mütəxəssislər qeyd edirlər ki, Asiya istiqamətlərinə marağın artması və bəzi ənənəvi bazarlarda tələbatın azalması rusiyalı iş adamlarının beynəlxalq biznes prioritetlərində dəyişikliklərin baş verdiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
yeniavaz.com

2Mənbələr