AZ

Hindistan İranın neft daşıyan tankerlərini ƏLƏ KEÇİRİB

Ajans.az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı İran mediasına istinadən yayıb. Məlumata görə, Hindistan gəmiləri beynəlxalq sanksiyaları pozan və qanunsuz neft qaçaqmalçılığı ilə məşğul olan üç tankeri saxlayıblar. Yerli media bu tankerlərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını qeyd edib.

Bununla yanaşı, "TankerTrackers" analitik platforması Hindistan tərəfindən saxlanılan tankerlərin ABŞ-nin sanksiya siyahısında olan "Stellar Ruby", "Al Jafzia" və "Asphalt Star" adlı gəmilər olduğunu açıqlayıb.

Seçilən
69
7
Ajans.az

8Mənbələr