AZ

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistan Sahil Mühafizəsi keçirdiyi əməliyyat zamanı İranla əlaqəli üç neft tankerinin ələ keçirildiyini bildirib.

Axar.az xəbər verir ki, məlumatı "Azad İran" Teleqram kanalı yayıb.

Məlumata görə, Hindistan gəmiləri beynəlxalq sanksiyaları pozan və qanunsuz neft qaçaqmalçılığı ilə məşğul olan üç tankeri saxlayıblar. Yerli media bu tankerlərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını qeyd edib.

"TankerTrackers" analitik platforması Hindistan tərəfindən saxlanılan tankerlərin ABŞ-ın sanksiya siyahısında olan "Stellar Ruby", "Al Jafzia" və "Asphalt Star" adlı gəmilər olduğunu açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
7
axar.az

8Mənbələr