AZ

Britaniya bu üsulla milyonlar qazanacaq

Böyük Britaniya hakimiyyəti ələ keçirilən tankerlərin texniki xidmət xərclərini ödəmək üçün onlardan mənfəət əldə etmək imkanlarını araşdırır.

Publika.az xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, müdafiə naziri Con Heli sanksiya tətbiq edilən gəmilərdən neft satmağı düşünür. Bu tədbir gəmilərin uzun müddət saxlanması ilə bağlı milyonlarla dollarlıq xərcləri kompensasiya etməyə kömək edə bilər.

Seçilən
21
publika.az

1Mənbələr