AZ

Londonda tələbələrə bıçaqlı hücum olub

Böyük Britaniyanın London şəhəri yaxınlığında, Surrey qraflığında yerləşən Eqhem dəmiryol stansiyasında üç tələbə bıçaqlı hücuma məruz qalıb.Bu barədə Britaniya nəqliyyat polisi məlumat yayıb.

Bildirilib ki, insident fevralın 6-sı axşam saatlarında baş verib. Hücum nəticəsində 20 yaşlı iki gənc bıçaq xəsarətləri alıb, 22 yaşlı şəxs isə üz nahiyəsindən kəsik yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, xəsarət alanların hamısı paytaxt Londonda yerləşən “Royal Holloway” Universitetinin tələbələridir.

Hadisədə şübhəli bilinən təxminən 30 yaşlı kişi ağır bədən xəsarəti yetirmək ittihamı ilə saxlanılıb. Hücumun motivləri hələlik açıqlanmayıb.

Polis insidenti bir-birini tanımayan iki qrup arasında baş vermiş “ciddi, lakin təcrid olunmuş hadisə” kimi qiymətləndirib. Hücumla əlaqəli daha iki nəfərin hadisə yerindən qaçdığı, onların axtarışlarının davam etdiyi bildirilir.

Seçilən
4
8
anews.az

10Mənbələr