AZ

Yaponiyada parlamentin aşağı palatasına seçkilər keçirilir

Bakı. Trend:

Fevralın 8-də Yaponiya Parlamentinin Nümayəndələr Palatasınaseçkilər keçirilir.

Trend xəbər verirki, yerli vaxtla səhər saat 7:00-dan səsvermə prosesinə startverilib. Parlamentin aşağı palatasında 465 yer uğrunda 1200-dən çoxnamizəd mübarizə aparır. Seçicilər yerli vaxtla saat 20:00-dək səsverə biləcəklər.

Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sıisə proporsional sistem üzrə seçiləcək.

Hakim Liberal Demokrat Partiyası ilə Yaponiya İnnovasiyaPartiyasının koalisiyası parlamentdə çoxluq əldə edərsə, hazırkıBaş nazir Sanae Takaiçinin kabineti fəaliyyətini davam etdirəcək.Bunun üçün koalisiya ən azı 233 yer qazanmalıdır.

Qeyd edək ki, yanvarın 23-də Baş nazir Sanae Takaiçi parlamentinaşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın8-nə təyin olunması planını təsdiqləyib. Aşağı palataya sonseçkilər 2024-cü ilin oktyabrında keçirilib.

Seçilən
15
4
az.trend.az

5Mənbələr