AZ

Yaponiyada parlamentin aşağı palatasına seçkilər keçirilir

BAKI, TurkicWorld

Fevralın 8-də Yaponiya Parlamentinin Nümayəndələr Palatasına seçkilər keçirilir.

TurkicWorld xəbər verir ki, yerli vaxtla səhər saat 7:00-dan səsvermə prosesinə start verilib. Parlamentin aşağı palatasında 465 yer uğrunda 1200-dən çox namizəd mübarizə aparır. Seçicilər yerli vaxtla saat 20:00-dək səs verə biləcəklər.

Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional sistem üzrə seçiləcək.

Hakim Liberal Demokrat Partiyası ilə Yaponiya İnnovasiya Partiyasının koalisiyası parlamentdə çoxluq əldə edərsə, hazırkı Baş nazir Sanae Takaiçinin kabineti fəaliyyətini davam etdirəcək. Bunun üçün koalisiya ən azı 233 yer qazanmalıdır.

Qeyd edək ki, yanvarın 23-də Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın 8-nə təyin olunması planını təsdiqləyib. Aşağı palataya son seçkilər 2024-cü ilin oktyabrında keçirilib.

Seçilən
4
4
turkic.world

5Mənbələr