AZ

İsmayıllıda istirahət mərkəzində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.

Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Seçilən
11
13
news365.az

10Mənbələr