AZ

İsmayıllıda istirahət mərkəzində yanğın olub Video+Yenilənib

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsmayıllıda istirahət mərkəzində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Diyallı kənd ərazisində, “Qızıl qaya” istirahət mərkəzində olub.

Yanğın yerinə İsmayıllı rayon YMH nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 500 k/m olan hamam otağının 400 k/m tavan hissəsi yanıb, istirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.

Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub”.

Mübariz Muradov.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
13
qafqazinfo.az

10Mənbələr