AZ

Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
1
apa.az

10Mənbələr