AZ

On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanıldı

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

 

Zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

 

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 7 Fevral 2026, 20:26   
Seçilən
8
14
pravda.az

10Mənbələr