Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçuları bu gün mübarizəyə qoşulacaqlar.
İlk yarış günündə tatamiyə çıxacaq hər üç idmançımız yarışa 1/16 final mərhələsindən başlayacaq.
60 kq çəkidə mübarizə aparan Balabəy Ağayev bu mərhələdə Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Nazir Talıbov Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) isə Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.