AZ

"Böyük Dəbilqə": 5 cüduçomuz mübarizə aparacaq

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri başa çatacaq. Metbuat.az xəbər verir ki, sonuncu yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.81 kq çəki dərəcəsində Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün,Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Seçilən
44
14
metbuat.az

10Mənbələr