Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün səhər saatlarından Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınan tanınmış jurnalist Sevda Həsənovanın cərahiyyə əməliyyatı başa çatıb.
Gununsesi.info bildirir ki, 7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.
Hazırda o, reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.
Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışır. Ötən illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.
Firuzə
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.