AZ

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

Hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb. Pravda.az Gununsesi.info-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi xəbərə görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.

 

7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

 

Hazırda o, reanimasiyaya yerləşdirilib.

 

Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS bağlanana qədər orada çalışıb. Bu illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.

Tarix: 7 Fevral 2026, 08:32   
Seçilən
4
5
pravda.az

7Mənbələr