AZ

Brüssel: Ankaranın Aİ üzvlüyü gündəlikdə olmasa da, Cənubi Qafqazla bağlı…

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarına yenidən başlaması hazırda Brüsselin gündəliyində deyil.

Ölkə.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə Avropa komissarı Marta Kos Ankara səfərindən əvvəl "Politico"ya müsahibəsində deyib.

Avropalı diplomat deyib ki, Ankaraya səfərim etimadın bərpasına və iqtisadi münasibətlərimizin hər iki tərəf üçün daha faydalı olmasının yollarını tapmağa yönəlib. Avropa komissarı əlavə edib ki, Aİ Türkiyə ilə münasibətlərinə yeni baxış keçirməlidir, lakin danışıqları yenidən başlatmaq planları yoxdur.

Kosun sözlərinə görə, səfərin əsas məqsədi Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq olacaq. 

O, hesab edir ki, Ukraynadakı sülh, xüsusən də Qara dəniz bölgəsində Avropa reallıqlarını dəyişdirəcək.

Bundan əlavə, Avropa Komissiyası Türkiyə, Mərkəzi Avropa ölkələri və Cənubi Qafqazla "Regionlararası Əməkdaşlıq Gündəliyinin İrəlilədilməsi" adlı tədqiqat təqdim edəcək.  Bu sənəddə digər məsələlərlə yanaşı, regionlar arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün lazım olan investisiyalar məsələsi də əksini tapacaq.

 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
olke.az

2Mənbələr