AZ

Baş redaktor həbs edildi: 5 il 6 ay

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Habil Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Habil Tağıyevi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub. Barəsində həbs-qətimkan tədbiri seçilib. (Mənbə: APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
5
modern.az

10Mənbələr