Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Habil Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Habil Tağıyevi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.
Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub. Barəsində həbs-qətimkan tədbiri seçilib.
Telegram kanalımız