Şagirdi tərəfindən güllələnən 29 yaşlı müəllimə Şəhla Kamilova Fəqani qızı ilə bağlı bəzi məqamlar məlum olub.

O bir neçə ildir ki, hadisənin baş verdiyi “İdrak” liseyində dərs deyirmiş. Şagirdlərin sözlərinə görə, Ş.Kamilova uşaqların sevimli müəllimi olub. Şagirdlərin onunla heç bir ədavətinin olmadığı, uşaqlarla dost münasibətində olduğu bildirilir.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. 10-cu sinif şagirdi sinif otağında özü ilə gətirdiyi ov tüfəngi ilə ilə müəlliminə atəş açıb.