AZ

Şagirdin güllələdiyi müəllimə kimdir? – Detallar

Şagirdi tərəfindən güllələnən 29 yaşlı müəllimə Şəhla Kamilova Fəqani qızı ilə bağlı bəzi məqamlar məlum olub.

Tribuna.az xəbər verir ki, Şəhla Kamilova 260 nömrəli tam orta məktəbin 2014-cü il məzunu olub. Onun adı məktəbin “Fərqlənən məzunlar” siyahısındadır. O, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib.

O bir neçə ildir ki, hadisənin baş verdiyi “İdrak” liseyində dərs deyirmiş. Şagirdlərin sözlərinə görə, Ş.Kamilova uşaqların sevimli müəllimi olub. Şagirdlərin onunla heç bir ədavətinin olmadığı, uşaqlarla dost münasibətində olduğu bildirilir.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. 10-cu sinif şagirdi sinif otağında özü ilə gətirdiyi ov tüfəngi ilə ilə müəlliminə atəş açıb.
Seçilən
74
yenilik.az

1Mənbələr