İdrak Liseyinin rəsmi saytında onun professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradıldığı, 2014-cü ildə isə Bakı filialının fəaliyyətə başladığı bildirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, müvafiq bölmədəki məlumatda qeyd olunur ki, liseydə ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Tədris 3 dildə - Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.
Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər.
Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar.
Liseyin fasiləsiz olaraq şirkət əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi qəti qadağandır.