AZ

"İdrak" Liseyinin təsişçisi və direktoru kimdir? - FOTO

İdrak Liseyinin rəsmi saytında bu özəl təhsil müəssisəsinin nə zaman yaradıldığı bildirilmir.

Teleqraf xəbər verir ki, müvafiq bölmədəki məlumatda qeyd olunur ki, liseydə ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Tədris 3 dildə - Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.

Respublikada yalnız İdrak Liseyində tədris prosesinə tətbiq olunan “Media dərs” layihəsi sayəsində bütün fənlər İKT vasitəsilə qeydə alınır. Şagirdlər internetə çıxışı olan istənilən yerdə liseyin yaddaş bazasına istifadəçi kodunu yazaraq daxil olub, istənilən dərsi yenidən izləyə bilərlər.

Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər. Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar.

Lisey fasiləsiz olaraq mühafizə işinin təşkili ilə əlaqədar olan şirkət əməkdaşları tərəfindən mühafizə olunur. Kənar şəxslərin binaya girişi qəti qadağandır.

İdrak Liseyinin təsisçisi əslən Qubadlı rayonun Çərəli kəndindən olan Mönsüm Ədil oğlu Alışovdur.

Direktoru isə Natəvan Üzeyim qızı Alışovadır.

Seçilən
64
6
teleqraf.com

7Mənbələr