AZ

Qonşu ölkənin paytaxtında temperatur 30 dərəcəyə düşüb

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Ötən gecə Moskva vilayətində bəzi yerlərdə temperatur -30 dərəcəyə düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Telegram kanalında məlumat verib.

Moskvanın əsas hava stansiyası olan VDNX-də temperatur minimum -18,1 dərəcəni göstərib. Balçuqda temperatur -13,7 dərəcə, Tuşinoda -23,6, Butovoda -24,4 dərəcə olub.

Yeni Moskvada (Mixaylovskoye) civə sütunu -28,6 dərəcə Selsiyə düşüb. Moskva vilayətinin cənubunda, Zarayskda temperatur -30,1 dərəcə olub.

Xatırladaq ki, qonşu ölkənin mərkəzi hissəsində anomal soyuq hava şəraitinin 5 fevrala qədər davam edəcəyini bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
baku.ws

2Mənbələr