AZ

Qonşu ölkənin paytaxtında temperatur -30 dərəcəyə düşüb

Ötən gecə Moskva vilayətində bəzi yerlərdə temperatur -30 dərəcəyə düşüb.

Far.Az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Telegram kanalında məlumat verib.

Moskvanın əsas hava stansiyası olan VDNX-də temperatur minimum -18,1 dərəcəni göstərib. Balçuqda temperatur -13,7 dərəcə, Tuşinoda -23,6, Butovoda -24,4 dərəcə olub.

Yeni Moskvada (Mixaylovskoye) civə sütunu -28,6 dərəcə Selsiyə düşüb. Moskva vilayətinin cənubunda, Zarayskda temperatur -30,1 dərəcə olub.

Xatırladaq ki, qonşu ölkənin mərkəzi hissəsində anomal soyuq hava şəraitinin 5 fevrala qədər davam edəcəyini bildirmişdi.

Seçilən
15
1
far.az

2Mənbələr