AZ

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.

Publika.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan cütün ilk oyununda Tovuz kollektivi 1:0 hesablı qələbə qazanıb.

Qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.

Bu raundda sevinən tərəf növbəti mərhələdə "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Seçilən
21
8
publika.az

10Mənbələr