AZ

"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi

Ajans.az-ın  məlumatına görə, "Azərsun Arena"da baş tutan cütün ilk oyununda Tovuz kollektivi 1:0 hesablı qələbə qazanıb. Qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub. Bu raundda sevinən tərəf növbəti mərhələdə "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək. 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

Qeyd edək ki, bu raundun əvvəlki matçlarında "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" isə "Zirə" ilə qolsuz bərabərə qalıb. "Şamaxı" isə evdə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib.

Seçilən
6
10
Ajans.az

10Mənbələr