AZ

Bu rayonlarda qaz kəsiləcək Xəbərdarlıq

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Bir sıra rayonlarda qazın verilişində fasilələr yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə regional qaz istismarı idarələri məlumat yayıb.

Belə ki, Tərtər RQİİ-nin Bərdə XS-nin  ərazisində yerləşən qaz təchizat mənbəyi Bərdə ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində  qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması  ilə əlaqədar 06.02.2026-cı il tarixində  saat 10:00-dan işlər yekunlaşanadək  qaz təchizatının daxildən dayandırılması planlaşdırılır:

“Qaz təchizatının dayanması ilə əlaqədar  İ.Qayıbov , Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində  cəmi 2284 abonentin qaz təchizatında fasilələr yaranacaqdır”.

Eyni zamanda, Şəmkir RQİİ-nin Qazax XS Qazax rауоп Əskipara AQPS-dan qidalanan Daş Salahlı kəndində d 76 mm qaz xəttində уеrаltl qəzа çağrışının ləğv edilməsi və hərbi hissənin yanında siуiгtməпiп quraşdırılması  ilə əlaqədar olaraq Daş Salahlı kəndi ,Qazax şəhəri  Azadlq və Bakı küçələrində 06.02.2026-ci il tагiхdа saat 10:00-dan işlər başa çatanadək göstərilən ərazilərdə qaz təminatının (cəmi 1600 abonent) daxildən dayandırılacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
7
qafqazinfo.az

9Mənbələr