
Bir sıra rayonlarda qazın verilişində fasilələr yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə regional qaz istismarı idarələri məlumat yayıb.
Belə ki, Tərtər RQİİ-nin Bərdə XS-nin ərazisində yerləşən qaz təchizat mənbəyi Bərdə ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 06.02.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır:
“Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov , Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində cəmi 2284 abonentin qaz təchizatında fasilələr yaranacaqdır”.