AZ

İngiltərə nəhəngi Bayern Münhen in futbolçusunu transfer etməkdə maraqlıdır MƏBLƏĞ

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Bayern Münhen"in 17 yaşlı yarımmüdafiəçisi Lenart Karl karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, onun xidmətində London "Arsenal"ı maraqlıdır. 

Məlumata görə, Münhen klubu gənc istedadı 80-90 milyon avro qarşılığında satmaq istəyir. Mənbə "topçular"ın qarşı tərəfin tələb etdiyi məbləği ödəməyə hazır olduqlarını vurğulayıb.

Karl "Bayern"in öz yetirməsidir. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 29 matça çıxan orta xətt oyunçusu 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
12
fanat.az

10Mənbələr