AZ

Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 170 milyard manatı ötüb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin31 dekabr tarixinə ümumi 170,413 milyard manat həcmində vəsaitidövlət büdcəsinə transfert edib.

Trend bubarədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF)dövlət büdcəsinə proqnozla eyni – 14,481 milyard manat vəsaittransfert edib. Bu göstərici 2024-cü illə müqayisədə 13,3%çoxdur.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları (102,053 milyardmanat ) təşkil edib. Məlumata görə, Fondun aktivləri 2025-ci ildekabr ayının 31-nə isə ilin əvvəli ilə müqayisədə 22,5% artaraq73,541 milyard ABŞ dollarına (125,020 milyard manata) çatıb.

Bundan başqa, 2025-ci ilin yanvar–dekabr ayları ərzindəARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib.Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17,160 milyard manat,valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yarananfərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20,434 milyard manatolub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14,627 milyard manattəşkil edib.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fondneft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarəedilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusiqurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

Seçilən
16
5
az.trend.az

6Mənbələr