AZ

Neft Fondunun Mərkəzi Banka transfertlərinin ümumi həcmi açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 dekabr tarixinə ümumi 3 milyard 949,5 milyon manat həcmində vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) transfert edib.

Day.Az bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Ümumilikdə, ARDNF 2025-ci ilin 31 dekabr tarixinə ümumi 170,413 milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib. Təkcə 2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozla eyni - 14,481 milyard manat vəsait transfert edib. Bu göstərici 2024-cü illə müqayisədə 13,3% çoxdur.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları (102,053 milyard manat ) təşkil edib. Məlumata görə, Fondun aktivləri 2025-ci il dekabr ayının 31-nə isə ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına (125,020 milyard manata) çatıb.

Bundan başqa, 2025-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17,160 milyard manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20,434 milyard manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14,627 milyard manat təşkil edib.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

Seçilən
7
5
day.az

6Mənbələr